Agile dünyasına ilk addımın
Agile komandasında işləmək istəyən hər kəs üçün — developer, dizayner, analitik, layihə meneceri və ya gələcək Scrum Master. Agile-ın fəlsəfəsindən Scrum və Kanban praktikasına qədər, sıfırdan addım-addım. Heç bir əvvəlki təcrübə tələb olunmur.
Bu proqram kimlərə uyğundur?
Aşağıdakılardan birində özünü görürsənsə — bu proqram məhz sənin üçün yazılıb.
Başqa sahədən texnologiyaya keçmək istəyirsən.
Hal-hazırda texnologiya ilə əlaqəsiz sahədə işləyirsən və fintech, bank texnologiyası, IT ya da startap mühitinə keçmək istəyirsən.
Layihə menecerisən, amma Agile-a keçid çətindir.
Layihə menecerisən və ya bu sahədə təhsil almısan — amma Agile metodologiyasını öz sahəndə necə tətbiq edəcəyini bilmirsən.
Təlim keçmisən, amma müsahibələr alınmır.
Agile üzrə təlim almısan, amma müsahibələrdən nəticə ala bilmirsən.
Komandadasan, amma özünü itmiş hiss edirsən.
Artıq bir Agile komandaya qoşulmusan, amma özünü heç nə anlamırsan kimi hiss edirsən.
İT-də işləyirsən, amma pillən və maaşın yerində sayır.
Developer, QA və ya analitiksən — 1-2 ildir eyni səviyyədəsən. Scrum Master və ya Product Owner rollarına keçib həm məsuliyyətini, həm də maaşını artırmaq istəyirsən.
Nəzəriyyəni bilirsən, tətbiqini yox.
Agile nəzəriyyəni bilirsən — kitab, məqalə, YouTube — amma real komandada onu necə "işlədəcəyini" heç vaxt görməmisən.
Vəd eynidir
Bitirəndə texnologiya komandalarındakı rolları tanıyacaq, dilini danışacaq, müsahibəyə və bu mühitdə işə hazır olacaqsan.
Paketlərə bax- Texnologiya komandalarına girişin ilk addımı — sıfır texniki bilik tələb olunur
- Scrum və Kanban — real komandalarda gördüyün iki sistem
- İlk gündən komandada istifadə edə biləcəyin biliklər
- Hər anlayış real iş nümunəsinə bağlı — bank tətbiqi üzərindən görəcəksən
- Arzuladığın rola keçidini bloklayan Agile biliyi — proqramdan sonra bu maneə aradan qalxır
- Sertifikat (PSM, CSM) imtahanına hazırlıq deyil
- Bütün framework-ləri əhatə edən ensiklopediya deyil
- Bütün Agile sertifikatlarına (PSM, CSM, PMI-ACP) hazırlıq proqramı deyil — bu fərqli, daha uzun yoldur
- Yalnız nəzəriyyə — praktikasız tərif yığını deyil
Fərqli başlanğıc nöqtəsi —
eyni nəticə
Maliyyə, sığorta, mühasibat, satış, inzibatçılıq, müştəri xidmətləri — bu sahələrdəki insanlar texnologiya şirkətlərinin axtardığı profillərdir. Çünki domain biliyin + Agile metodologiyası = fintech və bank texnologiyası şirkətlərinin ən çox axtardığı birləşmə.
Waterfall ilə idarə etdiyin hər layihə, tutduğun hər status görüşü — bu bacarıqlar dəyərlidir. Bu proqram köhnə bacarıqlarını Agile dünyasına köçürməyin yolunu göstərir — sıfırdan başlamaq məcburiyyətində deyilsən.
Problem biliyində deyil. Müsahibədə səndən nəzəriyyəni yox, onu real komanda təcrübəsi kimi danışmaq gözlənilir. Bu proqram sənə həm dili, həm də real nümunələri verir.
Daily Scrum-da oturub başını tərpədirsən — amma içəridə tam nə baş verdiyini izləyə bilmirsən. Bu proqram bütün mənzərəni yerinə oturdur ki, izləyicidən töhfə verən komanda üzvünə çevriləsən.
İllərlə təcrübən olmaya bilər — amma beynəlxalq komandaların tələb etdiyi bir bacarıqla girə bilərsən. Agile fluency səni ilk gündən komandaya dəyər qatan biri kimi göstərir.
Kitab, məqalə, YouTube — bunlar sənə nə olduğunu öyrədib. Bu proqram real-life case-lər və event-lər üzərindən tətbiqi göstərir — nəzəriyyən işlək bir bacarığa çevrilir.
Bu proqram səni haralara
hazırlayır?
| Rol | Aylıq maaş (AZN) | Kimin üçün əlçatandır |
|---|---|---|
| Business Analyst | 1,200–2,000 AZN | Maliyyə, sığorta, müştəri xidmətlərindən gələnlər |
| Product Owner | 1,500–2,500 AZN | İş analizi, layihə koordinasiyası təcrübəsi olanlar |
| Scrum Master | 1,400–2,200 AZN | Koordinasiya, komanda idarəsi, layihə menecerliyi olanlar |
| Agile Layihə Meneceri | 1,600–2,800 AZN | Mövcud PM-lər üçün Agile keçidi rolu |
Proqramın qiyməti — yeni maaşının ilk həftəsindən azdır. Yuxarıdakı rollar aylıq 1,200–2,800 AZN; fərqi özün görürsən.
Üç bölmədə tam Agile ilə bağlı bilməli olduğun hər şey
Hər bölmə əvvəlkinin üzərində qurulur — nəzəriyyədən praktikaya, fəlsəfədən gündəlik komanda işinə.
- Agile-ın yaranma tarixini və arxasındakı motivasiyanı öyrənəcəksən
- Agile yanaşmasını və fəlsəfəsini — dəyərlər və prinsiplər daxil — anlayacaqsan
- Agile framework-lərini fərqləndirmək və nə vaxt, niyə istifadə etməli olduğunu başa düşmək
- Scrum komandasının üç rolunu və hər birinin nəyə cavabdeh olduğunu öyrənəcəksən
- Bir sprinti başdan-sona — planlamadan retrospektivə qədər — addım-addım izləməyi bacaracaqsan
- Product Backlog, Sprint Backlog və Increment arasındakı fərqi tanıyacaqsan
- Kanban komandasını tanımaq və WIP limitləri ilə pull sistemini öyrənmək
- İşin axınını və "bottleneck"in necə yarandığını başa düşmək
- Komandanın Scrum, Kanban yoxsa hibrid işləməli olduğunu müəyyən etmək
Nəzəriyyə yox, işə yarayan biliklər
Hər modul real komanda təcrübəsindən gəlir — ilk günündən tətbiq edə biləcəyin formada.
Sıfırdan başla
Heç bir əvvəlki Agile və ya IT təcrübəsi tələb olunmur. Hər termin sadə dildə izah olunur.
Real case-lər
Azərbaycan və Türkiyə komandalarından gerçək nümunələr — kitab nəzəriyyəsi deyil.
İstənilən rola hazır
Hər rolda — developer, analitik, PM və ya Scrum Master — Agile komandasına inamla qoşulmağa hazır olacaqsan.
AI dövründə kim ayaqda qalır?
Süni intellekt artıq həyatımızın bir hissəsidir — və geri qayıtmayacaq. Sual “AI işləri əvəz edəcəkmi?” deyil. Əsl sual budur: sən tech komandalarında, AI ilə yanaşı işləməyi öyrənəcəksənmi? Öyrənənlər ayaqda qalır.
- Köhnə iş üsullarını saxlayır
- Texnologiyadan uzaq durur
- AI-ı təhdid kimi görür
Dəyişən dünyada geridə qalma riski buradadır.
- Tech komandalarında işləyir
- AI-ı gündəlik alət kimi istifadə edir
- Agile dilini bilir
Bu bacarıqlar səni işə də, gələcəyə də hazır saxlayır.
AI ilə işləməyi bilənlər ayaqda qalır — və öndə gedir.
Bu proqram səni tech komandanın bir parçası edir — AI ilə yanaşı işləməyi öyrədir.
Qərar verməkdə çətinlik çəkirsən?
İlk modula indi ödənişsiz baxSənə uyğun paketi seç
- 8 modullu, 3 saatlıq təlim — ilk gündən nəticə, sonra ömürlük giriş
- Yekun Test (30 sual) + tamamlama sertifikatı
- Agile Lüğəti — komanda terminlərini tez başa düş
- LinkedIn-dəki qlobal ekspertlərdən praktiki məsləhətlər
- Bünövrə paketdə olan hər şey
- 14 real həyat case videosu — Azərbaycan və Türkiyədəki PO, SM və Agile Coach-larla
- Situativ nümunələr — 10 real case + situasiya sualları
- Scrum Master bölməsi — 6 modul
- Qapalı icma çatı — sual ver, mentorluq al, real komandalarla əlaqə qur
- Peşəkar paketdə olan hər şey
- 1:1 CV review (60 dəqiqə) — SM/PO rolları üçün şablon və geri-əlaqə
- 1:1 mock müsahibə (60 dəqiqə) — ən çox verilən suallar və real cavablar
- Şəxsi karyera yol xəritəsi
İndi qərar verə bilmirsən? Narahat olma — sonradan istənilən vaxt daha yüksək paketə keçə bilərsən.
