
ICF üzvü
İnanıram ki, davamlı inkişaf daha çox işləməkdən deyil, daha aydın düşünməkdən, daha şüurlu qərarlar verməkdən və özünü daha yaxşı tanımaqdan başlayır.
20 ilə yaxın korporativ fəaliyyət — təşkilati transformasiya, strategiya, liderlik və çevik idarəetmə sahələrində. Son 12 ildə idarəedici mövqelərdə komanda inkişafına və dəyişiklik təşəbbüslərinə başçılıq etmişəm.
Bu illər mənə bir şeyi dəfələrlə göstərdi: istər fərdi, istərsə də təşkilati səviyyədə ən böyük maneə məlumatın azlığı deyil, aydınlığın çatışmazlığıdır.
Korporativ təcrübəni elmi əsaslı kouçinq metodologiyaları, davranış elmi, Agile düşüncə tərzi, OKR və süni intellektin imkanları ilə birləşdirirəm. Qiymətləndirmələr və praktik çərçivələr vasitəsilə insanların özlərini daha obyektiv görməsinə kömək edirəm.
Motivasiya keçicidir.Davamlı inkişaf isə məna və daxili maraqla başlayır. Sənə həqiqətən təsir edən işi tap və onu həyat strategiyanın bir hissəsinə çevir.
Kouçinq psixoterapiyanı əvəz etmir və klinik müdaxilə məqsədi daşımır. Zərurət yarandıqda müvafiq sahə üzrə mütəxəssisə müraciət tövsiyə olunur.
