Uzun siyahını burax. Sənə aid olanı tap.
Nəyə görə istədiyini tapmaq üçün — arzularının kökündəki səbəbi görəndə, onlara doğru getmək asanlaşır.
Hamısını istəyirsən. Heç birinə çatmırsan.
Problem çox arzunun olması deyil — hansının həqiqətən sənə aid olduğunu bilməməkdir. Bəzi arzular illər boyu eşitdiyin gözləntilərin izidir; bəziləri isə dəqiq bilinir, sadəcə gündəlik rutində onlara yer qalmır.
Daha çox hədəf yaratmaq üçün deyil. Sənə həqiqətən aid olanı seçmək, onu dəyərinə bağlamaq və konkret, əlçatan hədəfə çevirmək üçün.
Bu proqram sənə uyğundur, əgər...
Proqramda nə edəcəksən
Dəyərlərini müəyyən edəcəksən
Başqalarının gözləntilərindən uzaqlaşıb öz prioritetlərinə baxacaqsan — üç sadə sualla: bu həqiqətən mənim üçün vacibdirmi, heç kim gözləməsə yenə seçərdimmi, bu olmasa nəyi itirmiş olaram.
Arzularını dəyərlərinə uyğunlaşdıracaqsan
Seçdiyin dəyərlərdən çıxış edərək arzu siyahına yenidən baxacaqsan — hansı həqiqətən sənindir, hansını siyahından çıxarmaqla yüngülləşərsən.
Arzularını konkret hədəfə çevirəcəksən
"Bir gün edəcəyəm" əvəzinə — nə vaxta qədər, necə görünəcək, sənə necə hiss etdirəcək. Hər arzu üçün konkret tarix, 3 fiziki və 3 hiss əlaməti.
Sonda əlində nə olacaq
Uzun bir arzular siyahısı yox — sənin üçün vacib olan dəyərlərdən formalaşan, prioritetləşdirilmiş, konkret tarixləri və aydın nəticələri olan şəxsi hədəf xəritən.
Nəyə "hə" deyəcəyini, nəyi sonraya saxlaya biləcəyini və ilk addımının nə olduğunu daha aydın görəcəksən. Çünki məqsəd bütün siyahını bitirmək deyil — sənin üçün vacib olanlara həqiqətən yer ayırmaqdır.

Necə işləyir
Kiçik addımlarla, böyük hədəflərə proqramı
Tez-tez verilən suallar
Kiçik addımlarla, öz sözünlə.
Uzun siyahını yenidən yazma. Sənə aid olanı tap.
